09 Sentyabr 2026, 23:41
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turunda "Abha" ilə oyunda hesabı açaraq karyerasındakı 979-cu qolunu vurub.
Matc.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı forvard qarşılaşmanın 22-ci dəqiqəsində Anjelo Qabrielin künc zərbəsindən ötürdüyü topu başla rəqib qapısına göndərib.
Bu, ulduz futbolçunun peşəkar karyerasında 979-cu qolu olaraq qeydə alınıb. O, qollarından 833-nü klub səviyyəsində, 146-nı isə Portuqaliya milli komandasının heyətində rəsmiləşdirib.
Ronaldunun tarixdə ilk dəfə 1000 qol göstəricisinə çatması üçün daha 21 dəqiq zərbəyə ehtiyacı var. Cari 2026/27 mövsümündə isə portuqaliyalı hücumçu "Əl-Nəsr"in heyətində çıxış etdiyi 5 matçda artıq 3-cü qoluna imza atıb.













