Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb. Komandasının sonuncu qolunu da Əliyev vurub. 48-ci dəqiqədə fərqlənən azərbaycanlı futbolçu bununla cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb.
 
“Ximki” 7 turdan sonra 17 xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest