"Tottenhem" yarımmüdafiəçisi Kristian Erikseni satmaq niyyətində deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London klubu danimarkalı futbolçusunu "Real"a satmaq istəmir.

Əksinə, rəhbərlik Eriksenə yeni müqavilə təklif etməyə hazırlaşır. Hazırda həftəlik məvacibi 80 min funt-sterlinq olan oyunçuya rəhbərlik 200 min təklif edəcək. 27 yaşlı orta sahə oyunçusunun cavabı mənfi olsa, klub məcburiyyətdən onu bu yay satacaq. çünki əks təqdirdə, futbolçu gələn ilin yayında klubu havayı tərk edəcək.

Qeyd edək ki, Kristian Eriksen 2013-cü ildən "Tottenhem"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest