Qazaxıstan Premyer Liqasında XXIII turun oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "İrtış"ın qonağı olub.

Görüşdə qalib müəyyənləşməyib - 0:0. 90 dəqiqə meydanda olan Emil ardıcıl 3-cü "quru" oyununu keçirib. 25 yaşlı qolkiper oyunda bir neçə dəfə supersevylə komandasını qoldan xilas edib.

Lakin bu nəticədən sonra "Tobol" liderliyi əldən verib. Xallarının sayını 47-yə çatdıran "Kayrat" zirvəni ələ keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest