"Sabah" klubu 2019-20 mövsümündə istifadə edəcəyi formaları təqdim edib. Formalar "Macron" firması tərəfindən, klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb. Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas - göy-ağ rənglərindədi.

"Sabah" klubu 2019-20 mövsümündə istifadə edəcəyi formaları təqdim edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, formalar "Macron" firması tərəfindən, klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy-ağ rənglərindədi. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidi.

Səfər oyunları üçün hazırlanmış forma futbol akademiyasının bünövrəsini təşkil edən "Vətən" Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədi. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

Qeyd edək ki, "Sabah" yeni mövsümdə ilk oyununu bu gün "Neftçi"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest