Qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycan - Xorvatiya matçının ən yaxşıları açıqlanıb. Matc.az saytı xəbər verir ki, millimizin 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu rəqib voleybolçu Fabris Samanta olub. O, 31 xal toplayıb. 
 
Yığmamızın ən yaxşısı isə 28 xal toplayan Yelizaveta Səmədova olub. Olena Həsənova 16, Polina Rəhimova 13, Marqarita Əzizova 9, Ayşən Əbdüləzimova 6, Odina Əliyeva və Anastasiya Bezsonova 5, Kristina Yaqubova 1 xal yığıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest