Türkiyənin “Qalatasaray” klubu bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçini “Almeriya”ya icarəyə verib. 
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniya Sequndası təmsilçisində keçirəcək.
 
“Almeriya” mövsümün sonunda 1,8 milyon avro ödəməklə Ozornvaforun transfer hüquqlarına sahib ola bilər.
 
“Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib. Gənc futbolçu “sarı-qırmızılar”ın 3 yoxlama oyununda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest