"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç ABŞ-da xarüqələr yaratmaqda davam edir. Matc.az saytının məlumatına görə, isveçli forvard MLS liqasının XXVII turunda da öz sözünü deməyi bacarıb.

O, komandasının lider "Los-Anceles"lə səfər görüşündə 2 qola imza atıb. İbrahimoviçin ilk 15 dəqiqə ərzində dubl etdiyi qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bununla 38 yaşlı forvard ardıcıl 3-cü oyununda dubl etməyə müvəffəq olub. MLS liqasında 22 oyunda 22 qola imza atan Zlatan bombardirlər yarışında ikinci pillədədi.

Hazırda çempionatın ən məhsuldar futbolçusu Karlos Veladı. "Los-Anceles"in forvardı 26 matçda rəqib qapılarına 27 dəfə yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest