Azərbaycan Premyer Liqası təmsilçisi "Sabah" himnini təqdim edib. Matc.az xəbər verir ki, himnin sözləri Elnurə Nağıyeva, Murad Arifə məxsusdu.
Murad Arif himnin musiqisininin də müəllifidi.
Hər günün yeni bir sabahı var,
Sənlə başlayır ümidlər
üfüqündə, işığında toplanmışıq biz
Pərvanətək azarkeşlər!
Bizi yormaz yağan leysan kimi yağış
İzindəyik hər boran-qış
ürəklərdə tez-tez döyünürsən sən
Nəbzimizdir Sənə alqış
Nəqarət:
Biz olsaq da, ah, olmasaq da
Sabah olsun, qoy, Sabah olsun!
Qalib sən olsan da, olmasan da
Vurduğun hər qol - qəlbimizə yol!
Bu oyun içində minbir həyəcan
Hər anın öz ləzzəti!
Sabah hər qolunu vurduğu zaman
Coşduracaq milləti!
Azarkeş usanmadan dəstək olacaq
Alqışlar sevincə qarışar!
Və Sabah oyunda tarix yazacaq
Sabaha qələbə yaraşar!
Nəqarət:
Biz olsaq da, ah, olmasaq da
Sabah olsun, qoy, Sabah olsun!
Qalib sən olsan da, olmasan da
Vurduğun hər qol - qəlbimizə yol!