Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi 5-ci - sonuncu görüşünə çıxıb.

Bu gün keçirilən oyunlarla qrup mərhələsinə yekun vurulub. C qrupunda yer alan yığmamız son görüşündə Rumıniya ilə qarşılaşıb. Pley-offa vəsiqəni təmin edən Covanni Kapraranın yetirmələri qrupu ən azı 3-cü pillədə tamamlamaq üçün rəqibinə məğlub olmamalı idi.

Voleybolçularımız bu vəzifənin öhdəsindən layiqincə gəliblər. Komandamız qrupdakı son görüşündən quru hesabla qalib ayrılıb.

Qrupun digər oyununda isə ev sahibi Macarıstan lider Hollandiya üz-üzə gəlib və 0:3 hesabıyla uduzub.

 

Avropa çempionatı

Qrup mərhələsi, V tur

29 avqust

Rumıniya - Azərbaycan 0:3 (15:25, 14:25, 21:25)

 

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

1

Hollandiya

5

5

0

15-0

375-251

15

2

Azərbaycan

5

4

1

12-7

426-388

10

3

Xorvatiya

5

3

2

11-8

443-422

10

4

Rumıniya

5

2

3

7-11

386-437

6

5

Macarıstan

5

1

4

4-12

348-379

3

6

Estoniya

5

0

5

4-15

360-461

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest