Almaniya çempionu “Bavariya” hücumçusu Robert Levandovski ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, Münhen təmsilçisi ilə polşalı forvard arasındakı müqavilənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Almaniyada Dortmund “Borussiya”sının da şərəfini qorumuş Levandovski, “Bavariya”da 2014-cü ildən çıxış edir. Polşa yığmasının lideri Münhen klubunda indiyə qədər 246 oyuna çıxıb, 197 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest