İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: 
 
“APOEL Çempionlar Liqasının son yarımfinalçısı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrədib. Avropada hər bir oyun 3 xal deməkdi. Biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu".
 
Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda "Qarabağ" "Sevilya"nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest