"Arsenal" və "Barselona"nın sabiq qapıçısı Neto "Yuventus"a keçib.
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı qapıçı ilə müqavilə 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Neto 2015-2017-ci illərdə də "Yuventus"da çıxış edib, iki mövsümdə 22 matça çıxıb və iki dəfə A Seriyasının, iki dəfə İtaliya Kubokunun, bir dəfə isə İtaliya Superkubokunun qalibi olub. Qapıçının son klubu yayda azad agent statusunda ayrıldığı Braziliya "Botafoko"su olub.
Qeyd edək ki, yay "transfer pəncərəsi"ndə "Yuventus" Almaniyanın "Volfsburq" klubundan qapıçı Kamil Qrabaranı icarəyə götürmüşdü. Polşalı qolkiper Turin təmsilçisinin heyətində cəmi bir oyun keçirdikdən sonra dizin çarpaz bağlarının qırılması səbəbindən uzun müddətə sıradan çıxıb.












