"Elə bir qrupdu ki, 3 komanda ikincilik uğrunda yarışacaq. Çünki "Sevilya" qrupun aşkar favoritidi. Biz planetin ən güclü 4 liqasından birindən gələn güclü komandadan danışırıq".

"Daha çətin qrupa düşə bilərdik". Matc.az saytının məlumatına görə, bunu APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos deyib.

Klub rəsmisi Kipr mətbuatına açıqlamasında Avropa Liqasında düşdükləri qrupu dəyərləndirib. Petevinos "Sevilya"nın favorit olduğunu etiraf edib: "Elə bir qrupdu ki, 3 komanda ikincilik uğrunda yarışacaq. Çünki "Sevilya" qrupun aşkar favoritidi. Biz planetin ən güclü 4 liqasından birindən gələn güclü komandadan danışırıq. APOEL, "Qarabağ" və "Düdelanj" bu komanda ilə heç-heçə etsələr belə, sevinməlidilər. "Sevilya" istinsna olmaqla, digər klubların şansları 50/50-yədi".

Qeyd edək ki, "Qarabağ", APOEL, "Sevilya" və "Düdelanj" A qrupunda yer alacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest