"Opta" superkompüteri "Bornmut"u Avropa Liqasının qalibi olmağa əsas namizəd adlandırıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta" analitik şirkəti məlumat yayıb.

Bildirilir ki, İngiltərə komandasının kuboku qazanmaq şansı 14,3 faiz təşkil edir.

Superkompüterin məlumatına görə, 2026/2027 mövsümü Avropa Liqasının qalibliyinə namizədlərin siyahısı belədir:

"Bornmut" (İngiltərə) - 14,3%
"Benfika" (Portuqaliya) - 14%
"Bayer" (Almaniya) - 10,2%
"Yunion" (Belçika) - 8,6%
"Sanderlend" (İngiltərə) - 8,3%
"Yuventus" (İtaliya) - 7,8%
"Kristal Pelas" (İngiltərə) - 7,3%
"Milan" (İtalia) - 5,4%
"Renn" (Fransa) - 3,9%
"Lion" (Fransa) - 3,2%

Qeyd edək ki, turnirin son qalibi "Aston Villa"dır. Ötən mövsümün finalında İngiltərə təmsilçisi "Frayburq"u 3:0 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest