Qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinin oyunları keçirilib. 
 
Hollandiya, Xorvatiya, Macarıstan, Rumıniya və Estoniya ilə mübarizə apardığı qrupda ikinci pilləni tutan Azərbaycan yığması 1/4 finala yüksəlmək uğrunda Bolqarıstanla üz-üzə gəlib. Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Lasso Pappa" İdman Arenasında keçirilib. Rəqibinə quru hesabla uduzan millimiz qitə birinciliyi ilə vaxtından əvvəl vidalaşıb.
 
Qeyd edək ki, millimiz Bolqarıstanı məğlub edəcəyi təqdirdə, 1/4 finalda Hollandiya - Yunanıstan duelinin qalibi ilə qarşılaşacaqdı.
 
Azərbaycan - Bolqarıstan 0:3 (12:25, 16:25, 23:25)
Budapeşt. "Lasso Pappa" İdman Arenası. Hakimlər. Mixail Timelis (Yunanıstan), Filip Şürmann (Lixtenşteyn).
 
Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva
Bolqarıstan: Gergana Dimitrova, Nasya Dimitrova, Kristina Petrova, Miroslava Paskova, Lora Kitipova,  Petya Barakova, Mira Todorova, Mariya Karakaşeva, Aleksandra Milanova, Zana Todorova, Elisya Vasilyeva, Yelena Beçeva, Mariya Krivoşiska, Vangeliya Raçkovska

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest