21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, yığmamız AVRO-2021-in seçmə mərhələsində ikinci görüşünə çıxıb.
Bu, Milan Obradoviçin yetirmələrinin cari tsikldə ilk ev oyunu idi. Yarışa Lixtenşteynə səfər məğlubiyyəti ilə başlayan komandamız bunu unutdurmaq niyyətindəydi. Ancaq rəqib daha güclü kollektiv olan Slovakiyaydı.
"Dalğa Arena"dakı qarşılaşma Slovakiyanın seçmə mərhələdə ilk oyunu idi. Qarşılaşmada hesabı millimiz açıb. Amma matçın sonlarında qonaqlar hesabda tarazlıq yaradıblar. Buna baxmayaraq, əlavə vaxtda Barış Ekincier özünün və komandamızın ikinci qolunu vurmaqla ilk qələbəmizi rəsmiləşdirib.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
Azərbaycan - Slovakiya 2:1
Qol: B.Ekincier, 7; 90+3 - L.Tupta, 82.
Hakimlər: Deyan Yakimovski, Nikola Karakolev, Kuştrim Lika, İqor Stoyçevski (hamısı Şimali Makedoniya).
Bakı. "Dalğa Arena" stadionu.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyin Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier./
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.
1 |
Gürcüstan |
1 |
1 |
0 |
0 |
4-0 |
3 |
2 |
Lixtenşteyn |
2 |
1 |
0 |
1 |
1-4 |
3 |
3 |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
4 |
Fransa |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
5 |
İsveçrə |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
6 |
Slovakiya |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |