"Qarabağ" yeni transferi Asmir Beqoviçlə münasibətləri rəsmiləşdirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovina millisinin qolkiperi bu gün Bakıya gəlib.

Təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra ağdamlıların bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi ilin sonuna qədər "Bornmut"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest