"Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox xoşbəxtik". Matç.az saytı xəbər verir ki, bu sözlər qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Odina Əliyevaya məxsusdu.

O, Yaponiyada keçirilən dünya çempionatında Tailanda qarşı bu gün baş tutan qarşılaşmadan (1:3) sonra fikirlərini bölüşüb.

Əliyeva artıq növbəti mərhələ barədə düşündüklərini bildirib: "Bir az istirahət etdikdən sonra qarşıdakı oyunların hazırlığına başlayacağıq. İlk mərhələdəki oyunlarımızı təhlil edəcəyik ki, növbəti matçlara qədər səhvlərimizi düzəldək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest