"Karyeram ərzində bu formada oyun keçirməmişdim. Asan matç kimi görünürdü və 3 xal qazanmalı idik. İstədiyimiz kimi başlanğıc etdik, ancaq sonra dayandıq. Oyun irəlilədikcə qol vəziyyəti yaratmaqda çətinlik çəkdik".

"İzah gətirmək çətindi, hamımız məyusuq. Amma bunu unudub, irəli baxmaq lazımdı. Qarşıdakı matçlarda qalib gəlməyə çalışmalıyıq". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç deyib.

Son dünya çempionatının finalçısı AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı bərabərə qalıb.

Qarşılaşmadan sonra ölkəsinin mətbuatına danışan 22 yaşlı pleymeyker millimizin müdafiəçisi Təmkin Xəlilzadənin argentinalı superulduz Lionel Messi kimi qol vurduğunu söyləyib: "Buraxdığımız qol epizodunda rəqibin oyunçusuna yaxın idik. Ancaq o, Messi kimi hamını aldadıb, qol vurdu".

Gənc yarımmüdafiəçi yenə də final mərhələsinə vəsiqənin öz əllərində olduğunu düşünür: "Karyeram ərzində bu formada oyun keçirməmişdim. Asan matç kimi görünürdü və 3 xal qazanmalı idik. İstədiyimiz kimi başlanğıc etdik, ancaq sonra dayandıq. Oyun irəlilədikcə qol vəziyyəti yaratmaqda çətinlik çəkdik. Bu, azərbaycanlıları ümidləndirdi. İlk hissədə yaratdığımız qol vəziyyətləri zamanı qapıçının reaksiyasına isə sözüm yoxdu. Yolumuzu çətinləşdirdiyimiz üçün hamı məyusdu. Amma hər şey yenə də öz əlimizdədi. Slovaklara qarşı oyunu növbəti matçlarda da təkrarlamaq kifayət edər. Macarıstanla qarşıdakı görüşdə mütləq 3 xal almalıyıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi ilə bunu bacaracağımıza inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest