Mikayıl bəy "Neftçi" rəsmiləri ilə görüşdə kifayət qədər büdcə ayırdıqlarını, bununla belə, son 1 ildə alınan yeni əcnəbi futbolçuların komandaya ciddi fayda vermədiyini söyləyib. İsmayılov əsas arqument kimi onların demək olar, hamısının yola salınmasını göstərib.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov son vaxtlar "Neftçi"də baş verən hadisələrlə bağlı mövqeyini ortaya qoyub. Matc.az sportinfo.az saytına istinadən xəbər verir ki, İsmayılov həmtəsisçisi olduğu klubun avrokuboklarla erkən vidalaşmasının və Premyer Liqaya uğursuz start verməsinin səbəbini yanlış transfer siyasətində görüb.

Mikayıl bəy "Neftçi" rəsmiləri ilə görüşdə kifayət qədər büdcə ayırdıqlarını, bununla belə, son 1 ildə alınan yeni əcnəbi futbolçuların komandaya ciddi fayda vermədiyini söyləyib. İsmayılov əsas arqument kimi onların demək olar, hamısının yola salınmasını göstərib. 

Başqa sözlə, şef idman-direktoru Ceyhun Sultanovun "özfəaliyyət dərnəyi"ni bəyənməyib.  

Yaranmış vəziyyət ən çox Roberto Bordinin ürəyincədi. İtalyan çalışdırıcı Ceyhun Sultanovu başının üstündə asılan "Domokl qılıncı" sayır. Odu ki, İsmayılovun mövqeyi Bordini bir qədər ümidləndirib və idman direktorunun əleyhinə fikirlər söyləyib.

Nəticədə həmtəsisçi baş məşqçinin transfer fəaliyyətindən uzaqlaşdırılmasını dəqiqləşdirib və bunu bəyənməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest