"Arsenal"ın və Belçika millisinin vingeri Leandro Trossard karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubunun rəsmiləri 31 yaşlı belçikalı futbolçunun transferi üçün London təmsilçisi ilə 20 milyon avro qarşılığında razılıq əldə ediblər.

Növbəti addım isə oyunçunun şəxsi qərarından asılıdır. İstanbul klubunun rəhbərliyi bir neçə gün ərzində Trossard ilə də tam razılığa gələcəklərinə əmindir.

Qeyd edək ki, təcrübəli vinger 2023-cü ilin yanvarından bəri "topçular"ın şərəfini qoruyur. Həmin vaxt paytaxt klubu onun keçidi üçün "Brayton"a 24 milyon avro ödəmişdi. Trossard Londonda keçirdiyi 3,5 il ərzində bütün turnirlərdə 174 matça çıxaraq 36 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest