İspaniya Futbol Federasiyası "Barselona"nı cərimələyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb Antuan Qrizmannın "Atletiko"dan transferi zamanı qanunsuzluğa yol verilməsi olub.

Federasiya kataloniyalıların Qrizmannla ilk olaraq mart ayında danışıq apardığını təsdiqləyib və bu üzdən klubu 300 avro məbləğində cərimələyib. "Atletiko" "Barselona"nın transfer zamanı qayda pozuntusuna yol verdiyini düşünürək şikayət etmişdi.

Qeyd edək ki, "Barselona" Qrizmannı 120 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest