FIFA ilin "ən yaxşı futbolçusu" seçkiləri ilə bağlı ittihamları cavablandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumu Nikaraqua millisinin kapitanı və Misir Futbol Federasiyasının iddialarını rəsmi sənədlərlə rədd edib.

Məlumatda bildirilir ki, misirlilərin böyük hərflərlə yazılan və möhürlənməmiş təqdim olunan sənədi qəbul olunmayıb və federasiyaya bununla bağlı iki dəfə xəbərdarlıq edilib.

O ki qaldı Nikaraqua millisinin kapitanı Xuan Barreranın səslərin saxtalaşdırılması iddiasına, qurum onun açıqlamasının təxribat olduğu açıqlayıb. FIFA Nikaraqua Futbol Federasiyası tərəfindən möhürlənmiş səsvermə formasını təqdim edib. üç səs arasında Messi, Mane və Ronaldo var.

Qeyd edək ki, Misir Futbol Federasiyası yerli futbolçu Məhəmməd Salaha verilən səsin qəbul olunmadığını, Barrera isə Lionel Messiyə səs vermədiyini iddia etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest