Türkiyə mətbuatı "Sabah"la bağlı növbəti iddia ilə çıxış edib. Matc.az xəbər verir ki, "Fanatik" Azərbaycan klubunun rəsmilərinin ümit özatla danışıq üçün Türkiyədə olduğunu vurğulayıb.

Bildirilir ki, "Adana Dəmirspor"dan ayrılan və hazırda işsiz olan mütəxəssislə Bakı klubunun nümayəndələri İstanbulda görüşüb. Hətta ilkin danışıqların müsbət nəticələndiyi, tərəflər arasında tezliklə müqavilənin imzalanacağı vurğulanıb.

Qeyd edək ki, Premyer Liqanın ilk 5 turunda 2 xal toplayan "Sabah" Elşad Əhmədovun yerinə müvəqqəti olaraq İqor Ponomaryovu baş məşqçi postuna təyin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest