"Barselona"nın kapitanı Lionel Messi komandanın gənc futbolçusu Ansu Fati barədə fikirlərini bölüşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz 16 yaşlı forvardın böyük gələcək vəd etdiyini söyləyib.

Ancaq Leo komanda yoldaşına qarşı diqqətli olmağın vacibliyini də vurğulayıb: "Fatini çox bəyənirəm. Ona kömək etməyə çalışıram, dəstəkləyirəm. Əla oyunçudu, uğur qazanmaq üçün hər şeyə sahibdi. Ancaq düşünürəm ki, "Barselona"da oynamağa başladığım dövrdə olduğu kimi, onu da tədricən heyətə salmaq lazımdı. Çox təzyiq hiss etməməsi üçün yavaş-yavaş getməlisiniz. Unutmayaq ki, cəmi 16 yaşı var. Ümid edirəm ki, əylənməyə davam edəcək və ətrafındakı bütün səs-küyün mənfi nəticələri olmayacaq. Fatinin ən yaxşılardan biri olmaq potensialı var".

Qeyd edək ki, Ansu Fati bu mövsüm əsas komandanın heyətində artıq 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest