"Frayburq" klubunun prezidenti Frits Keller Almaniya Futbol Federasiyasına rəhbər seçilib. Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 
 
Frankfurtda keçirilən iclasda 257 səs toplayan Keller, Almaniya Futbol Federasiyası tarixində 13-cü prezident olub.
 
Federasiyaya prezident seçilən Keller, "Frayburq"dakı rəhbər postundan ayrılacağını bildirib.
 
Almaniya Futbol Federasiyasının əvvəlki prezidenti Reynhard Qrindel idi. UEFA və FİFA-da da çalışan Qrindel, ilinə 500 min avro qazandığı halda, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin verdiyi bahalı saatı qəbul etdiyi üçün ölkə mətbuatının və ictimaiyyətin ciddi qınağı ilə üzləşmişdi. Məhz bu üzdən, 57 yaşlı futbol funksioneri istefa vermək məcburiyyətində qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest