“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. O, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Oyunun ilk dəqiqələrdən aqressiv keçəcəyi bəlli oldu. Həmin o aqressiyada, top uğrunda mübarizə aparmaq baxımından rəqibə uduzduq. Oyunun əvvəlində mübarizənin bu cür olacağı bilindi. Nəticə göz qarşısındadı, xal itirdik. Düzü, söz tapmıram. Sadəcə, rəqibi təbrik edirəm. Deyiləcək başqa bir söz yoxdu.
 
- Günahı kimdə görürsüz?
- Günahkar axtarmayacağıq. Bu problemləri aradan qaldırmaq lazımdı. Sırf futbolçular və digər şəxslər deyə ayırmaq istəmirəm. 
 
- "Qarabağ"a qarşı 5 müdafiəçi ilə oynamaq başa düşüləndi, bəs bu gün bunun səbəbi nədi?
- Hər oyunda sistem dəyişmək düzgün deyil. Oyun ərzində dəyişiklik ola bilər. Heç kim zəmanət vermirdi ki, biz 4 müdafiəçi ilə oynasaydıq, hücumda çoxala bilərdik, qələbə qazanardıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest