Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Komitə Azərbaycan Premyer Liqasının VII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib. “Sumqayıt” – “Keşlə” oyununda birincilərin, “Neftçi” – “Səbail” görüşündə isə hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, komitə Azərbaycan Premyer Liqasının VII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

“Sumqayıt” – “Keşlə” oyununda birincilərin, “Neftçi” – “Səbail” görüşündə isə hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb. Buna görə, klublar 800 manat cərimələnib.

“Qarabağ”la qarşılaşmanın 79-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadəyə 1 oyunluq diskvalifikasiya, klubuna isə 200 manat cərimə kəsilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest