İstanbulun "Qalatasaray" və Kataloniyanın "Barselona" klubları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun oyunu rəsmən Türkiyə futbolu tarixinin ən baha idman hadisəsi elan olunub.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.

Bildirilir ki, Avropanın bu nəhəng qarşılaşmasının bəzi biletlərinin qiyməti 1520 dollara (təxminən 1400 avro) qədər yüksəlsə də, bu, stadionda tam anşlaqın yaşanmasına mane olmayıb - bütün biletlər oyunun start fitindən çox əvvəl tamamilə satılıb.

İstanbul klubunun yalnız bu bir oyun günündə bilet satışı və klub atributlarının realizasiyasından ümumi gəlirinin təxminən 5 milyon dollar təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, "Qalatasaray"ın ev oyunlarını keçirdiyi və 52 mindən çox tamaşaçı tutumuna malik olan "RAMS Park" stadionu dünya futbolunda ən səs-küylü azarkeş atmosferindən biri ilə tanınır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest