"Mənim üçün bir az gözlənilməz, amma xoş bir təklif oldu". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov deyib.

Dünən istefaya göndərilən Samir Abasovu əvəzləyən gənc mütəxəssis klubun feysbuk səhifəsinə fikirlərini bildirib: "Əvvələr də "Zirə"də çalışmışam. Bu klub mənim üçün doğmadı. "Zirə"də çalışanları da tanıyıram, bura mənə yad deyil. çalışacam mənə tapşılıran işi uğurla yerinə yetirim. Köməkçilərimdən yalnız qapıçıların hazırlığı üzrə məşqçi Anar Niftəliyevin adı məlumdu. Digərlərinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək".

Qeyd edək ki, Zaur Həşimov "Zirə" ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest