"Real"ın hücumçusu Qaret Beyl maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçu "Real"dakı son durumu barədə danışıb.

Yayda rəhbərlik tərəfindən transferə çıxarılan, lakin son anda komandada saxlanılan ulduz futbolçu özünü sübut etmək istədiyini vurğulayıb: "Mən güclü emosiyalar və qəzəblə oynayıram. Ancaq futboldan zövq almağa çalışıram. Bacardığım qədər zövq alıram və işimi mümkün qədər yerinə yetirmək istəyirəm".

Qeyd edək ki, Beyl bu mövsüm "Real"ın əsas heyətinin daimi üzvünə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest