İngiltərə millisi daha bir itki ilə üzləşib. Matc.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

Bu barədə İngiltərə millisinin mətbuat xidməti məlumat yayıb. Səhhətində problem yaranan "Lester"in 23 yaşlı oyunçusu yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, İngiltərə yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah çexiya, oktyabrın 14-də isə Bolqarıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest