"Təlim-məşq toplanışına dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq".

"Təlim-məşq toplanışına dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk". Matc.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən komandanın çalışdırıcısı brifinq keçirib.

Braziliyalı mütəxəssis hədəflərinin qrup birinciliyi olduğunu söyləyib: “Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Karvalyo Vilela dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər".

Alesio rəqiblər barədə də danışıb: "Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdi. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest