Onun hesabında 119 xal var. Azərbaycan millisinin hücumçusu Polina Rəhimova liderdən 1 xal geri qalır. Cənubi Koreya voleybolçusu Yeonqah Park da ilk "üçlük"də yer alıb - 108 xal.

Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının başa çatan I mərhələsinin ən yaxşı bombardirləri bəlli olub. Matç.az saytı xəbər verir ki, 5 turdan sonra ən məhsuldar oyunçular siyahısına Rusiya millisinin üzvü Natalya Qonçarova başçılıq edir.

Onun hesabında 119 xal var. Azərbaycan millisinin hücumçusu Polina Rəhimova liderdən 1 xal geri qalır. Cənubi Koreya voleybolçusu Yeonqah Park da ilk "üçlük"də yer alıb – 108 xal.

Azərbaycan yığmasının daha 4 oyunçuüu "Top-100"də qərarlaşıb. 62 xal toplayan Yana Kulan 17-ci sıradadı.

Olena Həsənova (39 xal) 70-ci, Odina Əliyeva (38 xal) 75-ci, Aynur İmanova (31 xal) 98-ci yerdədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest