Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

"Bavariya" bu turda səfərdə "Auqsburq"la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi növbəti xal itkisi ilə üzləşib. 

"Leyptsiq" isə "Volfsburq"u qəbul edib. çətin səfərdən xalla dönən volfsburqlular zirvəyə şərik olublar.

Turun mərkəzi görüşündə Dortmund "Borussiya"sı ilə Münhenqladbax "Borussiya"sı üz-üzə gəlib. Lider olan münhenqladbaxlılar Dortmunddan məğlubiyyətlə qayıdıblar.

Almaniya Bundesliqası
8-ci tur

18 oktyabr

Ayntraxt – Bayer 3:0
Qol: Pasiensiya, 4; 17-pen. Dost, 80.

19 oktyabr

Auqsburq – Bavariya 2:2
Qol: Rixter, 1. Finnboqason, 90+1 – Levandovski, 14. Qnabri, 49.

Fortuna – Maynts 1:0
Qol: Henninqs, 82.

Leyptsiq – Volfsburq 1:1
Qol: Verner, 54 – Veqorst, 82.

Yunion – Frayburq 2:0
Qol: Bulter, 1. İnqvartsen, 84.

Verder – Herta 1:1
Qol: Sargent, 7 – Lukebakio, 70.

Borussiya (Dortmund) – Borussiya (Münhenqladbax) 1:0
Qol: M.Roys, 58.

20 oktyabr

17:30 Köln – Paderborn
20:00 Hoffenhaym – Şalke

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest