“France Football” ilin ən yaxşı gənc futbolçusu adına namizədləri açıqlayıb. Matc.az saytı xəbər verir ki, nəşr 10 oyunçunun bu mükafata iddia edəcəyini elan edib.

Belə ki, 2019-cu ilin ən yaxşı gənc futbolçusu Samuel Çukvueze (“Vilyarreal”, Nigeriya), Matteys de Liqt (“Yuventus”, Hollandiya), Matteo Qenduzi (“Arsenal”, Fransa), Joao Feliks (“Atletiko” Madrid, Portuqaliya), Kay Haverts (“Bayer”, Almaniya), Li Kan İn (“Valensiya”, Cənubi Koreya), Moyze Kin (“Everton”, İtaliya), Andrey Lunin (“Valyadolid”, Ukrayna), Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə) və Vinisius Juniordan (“Real”, Braziliya) biri seçiləcək.

Mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest