"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçını keçirib. Matc.az xəbər verir ki, son Azərbaycan çempionu UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb. 
 
çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri I mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən "Qəbələ" evdə məğlub olaraq, mübarizəni dayandırıb. 
 
ötən mövsüm bu yarışda mərhələ adlayan ilk və hələlik yeganə Azərbaycan klubu kimi tarixə düşən "qırmızı-qaralar" uğurunu təkrarlaya bilməyib.
 
UEFA Gənclər Liqası
çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
 
"Qəbələ" – APOEL (Kipr) - 0:1
Qol: Yannis Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.
"Qəbələ": 1. Müşviq Nadirov, 2. Rüstəm Nuruyev (k.), 4. Təbriz İsazadə, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mürsəlov, 10. Samir Məhərrəmli, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov

Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 3. Hüseyn Mürsəlov, 6. Rauf Məhərrəmov, 11. Rüfət Əhmədov, 15. Nemət Şıxəmirov, 16. Aqil Nəsibov, 18. Emil Səfərov

Baş məşqçi: Famil Xəlilov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest