04 İyul 2026, 16:10
FUTBOL
Şotlandiyanın "Seltik" klubu yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen ilə əməkdaşlığı uzatmaq barədə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı oyunçu 1 illik müqaviləyə imza atacaq. Müqavilənin maliyyə detalları barədə məlumat verilmir.
Çemberlen fevral ayından bəri Şotlandiya klubunda çıxış edir. O, "Seltik" ilə birlikdə mövsümün son matçında "Harts"ı məğlub edərək çempionluq titulunu qazanıb.
Yarımmüdafiəçi əvvəllər "Sauthempton", Londonun "Arsenal", "Liverpul" və "Beşiktaş" klublarının şərəfini qoruyub. İngiltərəli futbolçunun transfer dəyəri 1,5 milyon avro qiymətləndirilir.













