İngiltərə millisinin vinqeri Markus Raşford gələcəyi ilə bağlı məsələni dünya çempionatı başlamazdan əvvəl həll etmək istədiyini bildirib.

Matc.az xəbər verir ki, oyunçu "Mançester Yunayted"dən "Barselona"ya keçməkdə maraqlı olsa da, klublar dünya çempionatı başlamazdan əvvəl razılığa gələ bilməyiblər.

"Mən fikrimi dəqiq ifadə etmişdim… İstənilən addımın dünya çempionatından əvvəl atılmasını istəyirdim. Əgər bu baş vermədisə, turnirin sonuna qədər gözləməsini istədim. Hazırda tam olaraq bura diqqət ayırmaq niyyətindəyəm", - deyə Markus bildirib.

Hazırda Raşford İngiltərə millisi ilə birlikdə dünya çempionatı 2026-nın 1/8 finalında Meksikaya qarşı keçiriləcək oyuna hazırlaşır.

Xatırladaq ki, vinqerin İspaniya qrantı ilə olan icarə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatıb. Hücumameylli futbolçu kataloniyalıların formasında 48 matça çıxıb, bu görüşlərdə 14 qol və bir o qədər məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest