AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Zlatko Daliç noyabrda keçiriləcək oyunlar üçün 24 futbolçuya dəvət göndərib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının heyəti açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Zlatko Daliç noyabrda keçiriləcək oyunlar üçün 24 futbolçuya dəvət göndərib.

Daliçin kapitan Luka Modriçi yığmaya çağırması heç də birmənalı qarşılanmayıb. Sonuncu dəfə məhz millinin heyətində Uelslə seçmə mərhələ oyununda zədələnən 34 yaşlı yarımmüdafiəçi klubunda çıxış etməsə də, Daliç onu heyətə daxil edib. Bu isə "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanın narazılığına səbəb olub.

Modriç kollektivlə birlikdə məşqlərə yeni qoşulub. Lakin Zizu sentyabrda Azərbaycan, oktyabrda isə Uelslə keçirilən matçlarda zədələnən oyunçunun hələ hazır olmadığını düşünür. O, Modriçin yenidən yığmada zədələnməsindən və dekabrda baş tutacaq "El Klasiko"nu buraxmasından qorxur.

Qeyd edək ki, noyabrın 16-da AVRO-2020-nin seçmə mərhələsində Slovakiyanı qəbul edəcək Xorvatiya yığması bundan 3 gün sonra Gürcüstanla yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest