Sabah basketbol üzrə Azərbaycan Super Liqasında 4-cü tura start veriləcək. Matc.az xəbər verir ki, bütün qarşılaşmalar AzTU-nin idman zalında baş tutacaq.
 
"CBC Sport"da canlı yayımla göstəriləcək ilk qarşılaşmada "Atom" "Atletik"lə üz-üzə gələcək. Bu oyuna saat 19:00-da start veriləcək.
 
Turun digər qarşılaşmaları isə noyabrın 2-də keçiriləcək:
 
13:00. "Gəncə" - "Sıçrayış"
15:00. "Zirvə" - "Xırdalan"
17:00. "80-lər" - "Sərkərdə"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest