Fransa məhkəməsi keçən mövsüm ölkə kubokunun finalında, "Renn"lə keçirilən oyunda azarkeşlə insident yaşayan PSJ-nin hücumçusu Neymarla bağlı qərar verib. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyundan sonra azarkeşi yumruqla vuran hücumçu cəzalandırılmayacaq.
Belə ki, Neymara yazılı xəbərdarlıq edən məhkəmə, ona qarşı heç bir tədbirin görülməyəcəyini bildirib.
Penaltilər seriyasında məğlub olan PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara "futbol oynamağı öyrən" deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb. Bundan sonra həmin azarkeş futbolçuya qarşı məhkəmə iddiası qaldırmışdı.