Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə itlə ayrılıb - 2:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Aleksandriya" 4 oyuna topladığı 3 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest