Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az saytının məlumatına görə, baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib.

Yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uelslə evdə, 19-da isə Slovakiya ilə səfərdə qarşılaşacaq.

Komandamız bu oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda, noyabrın 17-dən 19-dək isə Slovakiyada təlim-məşq toplanışı keçirəcək.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emi Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Abbas Hüseynov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Aue", Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete, İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İsgəndərli ("Keşlə").

Qeyd edək ki, seçmə mərhələdə sona 2 tur qalmış millimiz E qrupunda 1 xalla sonuncu pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest