Futbol üzrə Azərbaycan I Divizionunda X tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də 3 qarşılaşma keçirilib.

“Kəpəz” səfərdə “Səbail”in əvəzedicilərinə məğlub olub. 

“Neftçi-2” “Qaradağ Lökbatan”la görüşdə inamlı qələbəyə sevinib. 

“Qarabağ”la “Sumqayıt”ın əvəzediciləri arasındakı qarşılaşmada isə qonaqlar qələbəni bayram ediblər.

I Divizion
X tur

8 noyabr

Qaradağ Lökbatan – Neftçi-2 0:2
Qol: Vüqar Həsənov, 28. Hüseyn Hüseynzadə, 38.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Kamran Bayramov, Kamal Umudlu.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Səbail-2 – Kəpəz 1:0
Qol: Murad Ağayev, 54.
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Elxan Əsgərzadə, Əliyar Ağayev.
“ASCO Arena”, 16:00.

Qarabağ-2 – Sumqayıt-2 1:2
Qol: Rauf Hüseynli, 46 – Rauf Hüseynli, 21-öz qapısına. Ehtiram Şahverdiyev, 86.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Vüqar Həsənli.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00.

Turun əvvəlki oyunlarında aşağıdakı hesablar qeydə alınmışdı:

Sabah-2 – Turan Tovuz 1:0
Zaqatala – Keşlə-2 0:2
Zirə – MOİK 2:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest