Futbol üzrə Avstriya 2-ci liqasında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Vakker İnnsbruk” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.
 
Barış bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Austria” hazırda 32 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest