26 Sentyabr 2026, 14:57
FUTBOL
Culyan Uord "Liverpul"un idman direktoru vəzifəsinə təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, bu vəzifədə sentyabrın əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçən Riçard Hyuzu əvəzləyib.
Uorda gəlincə, o, bu təyinata qədər 2024-cü ildən "Liverpul"un sahibi olan "Fenway Sports Group" şirkətinin texniki direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, 45 yaşlı ingiltərəli mütəxəssis 2012-2023-cü illərdə "Liverpul"da işləyib, üstəlik 2022/23 mövsümündə klubun idman direktoru vəzifəsini tutub.











_1790397700.jpg)

