"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqası ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, Rusiyanın "İzvestiya" nəşrinə danışan serbiyalı mütəxəssis, çempionatda inkişafın olmadığını bildirib:
 
"Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı. Mən orda çalışanda, əsas liqada 10 komanda var idi. İndi isə 8 komanda qalıb ki, bu da çox azdı. Mən orda işləyəndə güclü legionerlər var idi, indi demək olar ki, onlar qalmayıblar. Bundan başqa, çempionatda rəqabət də yoxdu. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. "Qarabağ" digər komandalardan bir neçə dəfə üstündü. Mövsüm başlamazdan əvvəl "Qarabağ"ın çempion olacağını əminliklə demək olar. Hətta "Neftçi"nin də liderlə rəqabət aparmaq imkanı yoxdu".
 
53 yaşlı mütəxəssis 2013/14 mövsümündə "Bakı"nın "sükanı arxasında" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest