"Liverpul"un baş məşqçisi Yurgen Kloppun "Mançester Yunayted"i çalışdırmaq imkanı olub. Matc.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızılar"ın sabiq futbolçusu Fil Tomson deyib.

O bildirib ki, Klopp hələ Dortmund "Borussiya"sına rəhbərik edərkən "qırmızı şeytanlar"dan təklif alıb. Maraqlıdı ki, almaniyalı mütəxəssisin Mançesterə köçməyinə həyat yoldaşı Ulla Klopp mane olub. Tomson bu məlumatı ona çalışdırıcının özünün verdiyini söyləyib.

Elə həmin il "Liverpul"dan gələn təklif zamanı da son sözü xanım Klopp deyib: "Yurgen "Mançester Yunayted"ə rəhbərlik edə bilərdi. Ancaq həyat yoldaşı bu təklifi rədd etməsini istəyib. "Liverpul"un təklifindən sonra isə cütlük şəhərə gələrkən Ulla "Burda fərqli bir şey var. Axtardığımız burdadı", - deyib və bundan sonra Yurgen Klopp keçidə razılıq verib".

İngilislər artıq Ulla Kloppa "Liverpul"un tarixini dəyişən xanım" gözü ilə baxırlar. Çünki "qırmızılar" 30 illik Premyer Liqa çempionluğu həsrətinə son qoymağa yaxındı.

Qeyd edək ki, 2015-ci ildən "Liverpul"u çalışdıran Yurgen Klopp komandaya Çempionlar Liqasını və UEFA Superkubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest